Dünya

Yaponiyanın baş naziri Putinin Kurilə səfərinə sərt reaksiya verdi: "Bizim tarixi torpaqlarımızdır"

13 Aug 2026, 14:36 2 baxış
Yaponiyanın baş naziri Putinin Kurilə səfərinə sərt reaksiya verdi: "Bizim tarixi torpaqlarımızdır"
Vladimir Putinin İturupa səfərinə görə Yaponiya Rusiyaya kəskin etiraz edib və Kuril adalarının cənubunu özünün əzəli torpağı kimi tanıdığını vurğulayıb. Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Baş nazir Sanae Takaiçi məlumat verib. "Bununla əlaqədar qəti etirazımızı bildiririk", - deyə xanım baş nazir bildirib. O qeyd edib ki, Tokionun Kuril adalarının cənub hissəsi adlandırdığı bütün şimal əraziləri, o cümlədən İturup həm tarixi, həm də hüquqi baxımdan Yaponiyanın əzəli ərazisidir. Yaponiya hökumətinin başçısı, həmçinin əlavə edib ki, Putinin Kuril adalarına səfəri Yaponiyanın mövqeyinə tamamilə ziddir və bu addım yapon xalqının hisslərinə toxunub. Qeyd edək ki, İkinci Dünya müharibəsinin nəticələrinə əsasən, sülh müqaviləsinin hazırlanması məqsədilə Moskva və Tokio ötən əsrin ortalarından etibarən danışıqlar aparırdı. Bu yolda əsas maneə Kurilin cənub hissəsinə olan hüquqlarla bağlı fikir ayrılıqları olaraq qalır. Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilsə də, Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik kimsəsiz adaların mənsubiyyətinə etiraz edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər