Dünya
Rusiyada həbsdə olan Elman Paşayevin lüks avtomobili hərraca çıxarıldı
Dələduzluq işi üzrə hazırda Rusiyada həbsdə olan vəkil Elman Paşayev özünün "Range Rover" markalı avtomobilinə qoyulmuş həbs qərarından şikayət etməyə cəhd göstərib. Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, əmlak 2024-cü ilin sentyabr ayında məhkəmə icraçıları tərəfindən müsadirə olunaraq xüsusi dayanacağa yerləşdirilib. Bu addım ümumi məbləği 36.5 milyon rubldan (təxminən 750 min manat) çox olan borcun tutulması çərçivəsində atılıb. Maliyyə iddialarının əsası 2012-ci ilə təsadüf edir. Həmin vaxt müştəri Nikolay Deryabin hüquqi xidmətlərin göstərilməsi üçün Paşayevin hesabına vəsait köçürüb. Lakin işin materiallarına əsasən, hüquqşünas işə başlamayıb və sonradan öz öhdəliklərindən imtina edib. Vəsaitin bir hissəsi geri qaytarılsa da, qalan məbləğ faizlər və dəbbə pulu ilə birlikdə 2022-ci ildə Moskva Şəhər Məhkəməsi tərəfindən tutulub. Paşayev öz şikayətində Müdafiə Nazirliyi ilə mövcud müqaviləsinə və Xüsusi Hərbi Əməliyyatda (XHƏ) iştirakı ilə əlaqədar icraatının dayandırılmasını əsas götürərək, avtomobilin üzərindəki məhdudiyyətləri aradan qaldırmağa çalışıb. Buna baxmayaraq, məhkəmə göstərilən səbəbləri qeyri-kafi hesab edib. Nəticə etibarilə məhkəmə instansiyası keçmiş vəkilin tələbini rədd edib və "Range Rover"i artıq açıq hərraca çıxarılıb.
Mənbə
oxu.az