Dünya
Putin ilk dəfə olaraq Kuril adalarına getdi: Yaponiya mediası qarışdı - VİDEO
Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq şəxsən Kuril adalarında olub. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, buna qədər Rusiya dövlətinin və hökumətinin rəhbərləri Kuril adalarına cəmi beş dəfə səfər edib. Dmitri Medvedev bu bölgəyə dörd dəfə gəlib: 2010-cu ildə Rusiya prezidenti kimi, 2012, 2015 və 2019-cu illərdə isə hökumət başçısı olaraq. 2021-ci ildə isə Rusiyanın baş naziri Mixail Mişustin İturup adasını ziyarət edib. Məlumata görə, Putin Kuril adalarına gəlməklə Sibir və Uzaq Şərq üzrə işgüzar turunu davam etdirib. Kuril adalarında prezidentin proqramının ilk dayanacağı arxipelaqın ən böyük adası olan İturupdakı balıq emalı kompleksinə baxış olub. Rusiya Prezidenti Vladimir Putinin Kuril tərkibinə daxil olan İturup adasına səfəri barədə xəbərlər isə qısa müddət ərzində Yaponiyada "X" sosial şəbəkəsinin yerli seqmentində trendlərin zirvəsinə yüksəlib. TASS müxbirinin hesablamalarına görə, sosial şəbəkə istifadəçiləri ilk yarım saat ərzində bu mövzuda 2 mindən çox paylaşım edərək onu müzakirə liderinə çeviriblər. İstifadəçilər ölkənin bütün aparıcı kütləvi informasiya vasitələri tərəfindən yayımlanan bu xəbəri fəal şəkildə paylaşır, yazıları tənqidi və bəzən də qəzəbli şərhlərlə müşayiət edirlər. Yaponiyanın əsas informasiya agentliyi "Kyodo" Putinin Kuril adasına ilk səfəri ilə bağlı xəbəri TASS-a istinadən "təcili" qeydi ilə yayımlayıb. Yaponiya Xarici İşlər Nazirliyi isə Putinin İturupa səfəri ilə bağlı sərt etirazını bildirib. Nazirlik həmçinin qeyd edib ki, Tokionun Kuril adalarının cənub hissəsinə aid etdiyi bütün şimal əraziləri, o cümlədən İturup, tarixi və hüquqi baxımdan Yaponiya ərazisidir.

Mənbə
oxu.az
Oxşar Xəbərlər