Dünya

Avqust ayında hansı məhsulları yemək lazımdır? - Həkim AÇIQLADI

13 Aug 2026, 05:34 2 baxış
Avqust ayında hansı məhsulları yemək lazımdır? - Həkim AÇIQLADI
"Avqust ayında mövsümi məhsullara üstünlük vermək faydalıdır. Bu məhsulların tərkibində su, vitaminlər və lifin çox olması su balansının qorunmasına və həzm sisteminin yüklənməsinin qarşısının alınmasına kömək edir". Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov Lenta.ru-ya müsahibəsində danışıb. Aleksandr Umnov bildirib ki, avqust ayında balqabaq, kələm, üzüm, əncir, qarağat, gavalı, armud, nektarin və ərik mövsümünün qızğın vaxtıdır. Buna görə də bu məhsullara üstünlük vermək tövsiyə olunur. Eyni zamanda, həkim bəzi insanların bu ayda qarpız və qovunun faydalarını həddindən artıq şişirtdiyini qeyd edib. Onun sözlərinə görə, bu məhsullar susuzluğu yaxşı yatırır. Lakin əsas yeməkdən ayrı şəkildə çox miqdarda yeyildikdə bağırsaqlarda fermentasiya prosesinə səbəb ola bilər. "Yerli mövsümi giləmeyvələr də çox faydalıdır: qarağat, qaragilə, moruq, nektarin və əncir. Çox vaxt onlar hətta yetişməmiş halda yığılıb idxal olunan ekzotik meyvələrdən daha çox qida maddələri ilə zəngin olurlar. Buna görə də ekzotik meyvələrin olması vacib deyil. Xiyar isə çox vaxt önə çıxır, çünki onun 90-95 faizi sudan ibarətdir. Bu tərəvəz maye balansının tez bir zamanda bərpasına kömək edir. Tərkibində ürək üçün faydalı olan kalium və orqanizm üçün zəruri lif də var. Digər tərəvəzlər və zülallı qidalarla birlikdə xiyar yaxşı nəticə verir", - deyə Aleksandr Umnov qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər