Digər
Bu türk ölkəsində güclü zəlzələ - Almatıda da hiss olundu
Qırğızıstanda 5,1 maqnitudalı zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri Qırğızıstanın paytaxtı Bişkek şəhərindən 127 kilometr cənub-şərqdə yerləşib.
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yeraltı təkanlar Almatıda 2 bal gücündə hiss olunub.
Mənbə
axar.az