Digər

Rusiyada yenidən yanacaq böhranı başladı: YDM-lər bağlanır

12 Aug 2026, 10:38 2 baxış
Rusiyada yenidən yanacaq böhranı başladı: YDM-lər bağlanır

Rusiyada neft emalı zavodlarına edilən yeni zərbələrdən sonra azı 16 regionu yanacaq böhranı bürüyüb.


Axar.az xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb.


Məlumata görə, artıq yenidən yanacaqdoldurma məntəqələrində məhdudiyyətlər tətbiq edilir, bəziləri isə ümumiyyətlə bağlanır. Bəzi regional hakimiyyət orqanları sakinləri avtomobillərindən daha az istifadə etməyə çağırır.


Bildirilib ki, Krasnoyarsk diyarının bir dairəsində 47 yanacaqdoldurma məntəqəsindən 13-ü, Sterlitamakda isə 26 yanacaqdoldurma məntəqəsindən 7-si işləmir. Başqırdıstanda benzinin bidonlarda satışı məhdudlaşdırılıb, Soçidə isə yanacaqdoldurma məntəqələrinin təxminən üçdə ikisində yanacaq mövcuddur.

Mənbə axar.az

Oxşar Xəbərlər