Putin Donetski ələ keçirmək üçün tapşırıq verib - Foks
Rusiyanın Ukraynaya raket zərbələri getdikcə daha amansız xarakter alır. Eyni zamanda, Ukrayna neft emalı zavodlarına, “Wildberries” internet mağazasının anbarları da daxil olmaqla strateji obyektlərə, eləcə də Azov və Qara dənizlərdə Rusiya gəmilərinə zərbələri əhəmiyyətli dərəcədə intensivləşdirib.
Axar.az xəbər verir ki, bu sözləri Böyük britaniyalı müdafiə məsələləri üzrə ekspert Robert Foks bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi dinamik vəziyyətdədir. Moskva bu vəziyyəti dəyişməyə çalışır və buna görə də Ukrayna və onun müttəfiqləri ayıq-sayıq olmalıdır.
Ekspert xatırladıb ki, ötən həftə Rusiyanın Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin komandanlığında kadr dəyişiklikləri elan edib və yeni səhra komandirlərinə ilin sonunadək bütün Donetsk vilayətini ələ keçirmək tapşırığını yerinə yetirməyə çağırıb:
“Putin hələ də Ukraynaya qarşı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Lakin Rusiya lideri müharibənin genişləndirilməsinə eyham vurmaqda davam edir”.