Digər

İranın beş gün ərzində ABŞ-a vurduğu inanılmaz zərər

12 Aug 2026, 07:00 6 baxış
İranın beş gün ərzində ABŞ-a vurduğu inanılmaz zərər

Ötən ay İran İordaniyadakı üç ABŞ bazasına qarşı həyata keçirdiyi beşgünlük ardıcıl raket və dron hücumları zamanı ABŞ-ın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb.


Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.


Nəşr qeyd edir ki, hücumlar zamanı "Patriot" raketlərinin ehtiyatlarını tükətmək üçün təkmilləşdirilmiş manevredici raketlərdən və taktikalardan istifadə olunub.


İordaniyadakı hücumların yalnız bir günü ərzində ABŞ qüvvələri hər birinin dəyəri təxminən 4 milyon dollar olan 50-yə yaxın "Patriot" raketini işə salıb.


Hücumların beşinci günündə — iyulun 17-də İran raketi müdafiə xəttini yararaq Salti aviabazasındakı binaları vurub. Hadisə nəticəsində 3 ABŞ hərbçisi həlak olub, 100-dən çoxu yaralanıb, digər zərbələr nəticəsində isə bir neçə təyyarəyə ziyan dəyib.


Bildirilib ki, müharibə dövründə Pentaqon 1500-dən çox "Patriot" raketi atıb və nəticədə ehtiyatda 1700-dən az raket qalıb. ABŞ 2025-ci il ərzində ümumilikdə cəmi 600-ə yaxın tutucu raket istehsal edib.

Mənbə axar.az

Oxşar Xəbərlər