Raket çatmır: Pentaqon şirkətlərə təzyiq göstərir
İran müharibəsi ABŞ-ın raket ehtiyatlarını kəskin şəkildə azaltdıqdan sonra Pentaqon ölkənin müdafiə şirkətlərinə silah istehsalını sürətlə artırmaq üçün təzyiq göstərir.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Məlumata görə, firmaların daha sürətli çatdırılma, fabriklərin genişləndirilməsi və gücünün artırılması təklifləri üçün 21 günü var.
Ən böyük narahatlıq hava hücumundan müdafiə sursatlarıdır. “Patriot” ehtiyatlarının təxminən 2200-dən 827-yə düşdüyü, THAAD ehtiyatlarının isə 452-dən 278-ə düşdüyü bildirilir.
Pentaqon 58,6 milyard dollarlıq “Lockheed Martin” müqaviləsi də daxil olmaqla, böyük istehsal müqavilələri üzərində işləyir. Lakin planlaşdırılan istehsal artımının böyük hissəsi Konqresdə müzakirəsi ləngiyən müdafiə xərcləri haqqında 1,15 trilyon dollarlıq qanun layihəsinin qəbulundan asılıdır.