Digər
Ukrayna Belqorodu vurdu: 13 yaralı
Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə PUA zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat verib.
Onun sözlərinə görə, zərbələr nəticəsində 13 nəfər yaralanıb, onlardan 2-si uşaqdır:
"Belqorod yenidən dronların kütləvi hücumuna məruz qalıb. Zərbələr nəticəsində ikisi uşaq olmaqla, 13 nəfərin yaralandığı barədə məlumat daxil olub. Təcili yardım briqadası qəlpə yaraları alan 4 yaşlı uşağı regional klinik xəstəxanaya aparıb. 9 yaşlı bir oğlan və daha 3 nəfər hadisə yerində tibbi yardım alıb. 8 nəfər isə digər xəstəxanalara yerləşdirilib”.
Mənbə
axar.az