Digər

Tehranda dəhşətli yanğın: ölü və yaralılar var

09 Aug 2026, 11:42 2 baxış
Tehranda dəhşətli yanğın: ölü və yaralılar var

İranın Tehran vilayətinin Nəsirabad sənaye şəhərciyindəki obyektdə yanğın qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.


Məlumata görə, yanğın alışqan istehsalı ilə məşğul olan obyektdə baş verib.


"Bu gün səhər Tehran vilayətinin Rubat Kərim bölgəsindəki Nəsirabad sənaye şəhərciyində baş vermiş yanğın nəticəsində 1 nəfər həyatını itirib və 5 nəfər yaralanıb", - Təcili Tibbi Yardım Xidmətinin məlumatından sitat gətirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər