Digər
Husilər Səudiyyədə neft emalı zavodunu vurdu
Husilər Səudiyyə Ərəbistanının Cizan şəhərində yerləşən “Saudi Aramco” şirkətinin neft emalı zavoduna zərbələr endiriblər.
Axar.az xəbər verir ki, bu barədə husilərin yaydığı məlumatda bildirilib.
Yəmən silahlı qüvvələri Cizandakı neft emalı zavoduna pilotsuz təyyarə ilə hücum ediblər və zərbə dəqiq olub”, - məlumatda qeyd olunub.
Məlumatda bildirilib ki, zərbələr Səudiyyə Ərəbistanının Yəmənin Saada və Haca əyalətlərinə hava hücumuna cavab olaraq endirilib.
Mənbə
axar.az