Türkiyənin müdafiə sənayesində məqsədi budur - Yılmaz
Peşəkar kadr çatışmazlığının olmaması Türkiyə üçün texnoloji asılılığın minimuma endirilməsi qədər vacibdir. Bu, milli təhlükəsizlik və inkişaf məsələsi olmaqla yanaşı, müdafiə sənayesi sahəsi üçün də xüsusi əhəmiyyət daşıyır.
Axar.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz deyib.
“Ötən ilin yekunlarına əsasən, Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı 10 milyard dolları ötüb. Hazırda Türkiyə müdafiə sənayesi məhsullarının ixrac həcminə görə dünyada 11-ci yerdə qərarlaşıb. Proses bu il də uğurla davam edir. Yeni ixrac rekorduna ümid edirik. Məqsədimiz ölkəmizi mümkün qədər qısa müddətdə müdafiə sənayesi məhsullarını ixrac edən ilk 10 ölkə sırasına çıxarmaqdır”, - C.Yılmaz vurğulayıb.