Digər
Tiflisdə elektrik kəsildi: Metronun fəaliyyəti dayandırıldı
Gürcüstanın paytaxtı Tiflis və əksər bölgələrdə axşam saatlarında elektrik enerjisinin verilişi dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, kəsinti dəmir yolu nəqliyyatının işinə də təsir edib. Bəzi marşrutlar üzrə hərəkətdə fasilələr yaranıb. Tiflis metrosunun da fəaliyyəti dayandırılıb.
Mənbə
axar.az