Digər

Almaniyada su istehlakına qadağa...

02 Aug 2026, 23:43 2 baxış
Almaniyada su istehlakına qadağa...

Almaniyada anomal istilər səbəbindən 100-dən çox şəhər və rayonda su istehlakına məhdudiyyətlər tətbiq edilib.


Axar.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.


Məlumata görə, qış və yaz aylarında yağıntıların az olması, bunun nəticəsində çaylarda su səviyyəsinin aşağı düşməsi, eləcə də Almaniyada davam edən ekstremal isti ölkədə su çatışmazlığına səbəb olub:


"Almaniyada 100-dən çox şəhər və rayon artıq su istehlakını məhdudlaşdırmaq üçün qadağalar tətbiq edib. Burada bir növ lider Münhendir. İyul ayında şəhərdə bağ hovuzlarını doldurmaq, qazonları sulamaq və avtomobilləri yumaq qadağan edilib. Hannoverdə havanın temperaturu 27 dərəcədən yuxarı qalxarsa, bağlarda suvarma qadağan edilir. Artıq su istehlakının məhdudlaşdırılması barədə qərarın qüvvəyə mindiyi Almaniyanın 109 şəhər və rayonunun əksəriyyətində tədbirlər kənd təsərrüfatına da şamil olunub".

Mənbə axar.az

Oxşar Xəbərlər