Digər

Fədayə Laçın həbsxana həyatından danışdı - Video

01 Aug 2026, 12:56 1 baxış
Fədayə Laçın həbsxana həyatından danışdı - Video

Müğənni Fədayə Laçın şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.


Kult.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Astar" Yutub layihəsində ailəsində yaşadığı çətinliklərdən danışıb. F.Laçın bildirib ki, atası anasına xəyanət etdikdən sonra valideynləri ayrılıb:


"Atam anama xəyanət edib. Anam əvvəl boşanmaq istəmirdi. Ailəsi adlı-sanlı insanlar idi, bunu qəbul etmirdilər. Amma sonda ayrıldılar. Atam yenidən ailə qurdu, övladları oldu. Anam da ailə qurdu. Ögey atam var idi, hərdən məni vururdu da. Mən də sevib ailə qurmadım. Elə ögey atam var idi deyə başımı götürüb qaçdım. İstəmədən də ayrıldım. Oğlumun bir yaşı var idi, hadisə baş verdi. Ağır cinayət törətdi, Rusiyaya qaçdı. Altı ay zəng etdi, sonra isə yoxa çıxdı. Mən də maraqlanmadım harada olduğuyla. Dünyaya gələndən qəbul edilməmişəm. Atam anamın bətnində olanda bizi tərk edib, məni qəbul etməyib. Sonra ögey atam, daha sonra isə həyat yoldaşım... Elə o vaxt səsimi kəşf etdim".


F.Laçın həbsxana həyatı ilə bağlı da danışaraq həmin dövrün ona həyat dərsi olduğunu deyib:


"Başıma gələn hər şeyi normal qəbul edirəm. Hər faciədə bir hikmət görmüşəm. Başıma gələn hər ziyanın bir xeyri oldu. O xeyir də insanları tanımaq idi. İşığıma hamı yığışır, amma qaranlığımdan qorxmayan insanlar lazım idi. Bəlkə də o hadisədə mən ölə bilərdim, amma qismət həbsxana oldu. Aqressiv insan deyiləm, özümdən çıxmıram. Həbsdə yanıma heç kimin gəlməsinə icazə yox idi, yalnız ailəm gəlirdi. Qadının başına belə hadisə gələndə adətən ona nifrət edirlər. Amma mən sevildim. Etməməli idim, amma etdim. Hadisəni çox şişirtdilər, bilmədən yazdılar".

Mənbə axar.az

Oxşar Xəbərlər