Digər

Ukrayna Kurskda Rusiyanın "Forpost"unu vurdu

27 Jul 2026, 21:04 1 baxış
Ukrayna Kurskda Rusiyanın "Forpost"unu vurdu

Ukrayna ordusu Rusiya ərazisində, Kursk vilayətinin səmasında idarəolunan sursat daşıya bilən ağır "Forpost-R" zərbə-kəşfiyyat pilotsuz uçuş aparatını vurub.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat verib.


Onun sözlərinə görə, iyulun 27-də Pilotsuz Sistemlər Qüvvələrinin pilotları 4,3 km hündürlükdə lazerlə idarə olunan KAB-20 aviasiya bombalarını daşıyan PUA-nı aşkar edərək məhv ediblər. Bu əməliyyat Ukraynanın "Çaklun-KM" adlı PUA-tutucusu vasitəsilə həyata keçirilib.


O qeyd edib ki, "Forpost-R" çox nadir hədəf hesab olunur. Bu, tammiqyaslı müharibə başlayandan bəri məhv edilməsi təsdiqlənən altıncı belə PUA-dır.

Mənbə axar.az

Oxşar Xəbərlər