Cəmiyyət
Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başlayıb - VİDEO
Kürdəmir rayonunda yanğın başlayıb. Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.
Bildirilib ki, yanğın yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Atakişili kəndində açıq ərazidə yanğın baş verməsi barədə informasiya daxil olub. "Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Hazırda açıq ərazidə məişət və təkər tullantılarının toplandığı sahədə baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə açıqlamada bildirilir.

Mənbə
oxu.az