Cəmiyyət

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO

26 Jul 2026, 22:00 2 baxış
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Paytaxtın Binəqədi rayonunda, "Görədil bağları" adlanan ərazində may ayında yağan yağışlar nəticəsində torpaq sürüşməsi baş verib. Baku TV-nin məlumatına görə, hadisədən sonra qalın torpaq qatı evlərə, həyətlərə dolub.

Sakinlər iddia edirlər ki, hadisə nəticəsində bir neçə yaşayış evində çatlar əmələ gəlib və bəzi tikililər qəzalı vəziyyətə düşüb. Əraziyə aidiyyəti qurumların əməkdaşlarından heç kim gəlməyib: "Axşamlar ilanlar da gəlir evə. İlanlarla bərabər yatırıq. Ona görə uşaqları evdən göndərmişəm". Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan mövzu ilə bağlı yerində araşdırma aparılıb və vətəndaşa müvafiq izahat verilib. Onlara deyilib ki, ərazidə torpağın özbaşına daşınması nisbi hündürlükdə yerləşən fərdi yaşayış evlərinə təhlükə törədə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər