Cəmiyyət
Bakıda temperatur 3-4 dərəcə enəcək
Növbəti həftə ərzində Bakıda və Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü fonunda havanın temperaturunun 3-4 dərəcə enəcəyi gözlənilir.
Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin müddətdə maksimal temperaturun 32-35 dərəcə isti olacağı proqnozlaşdırılır.
Mənbə
axar.az