Cəmiyyət
Çimərliklərə üz tutanların NƏZƏRİNƏ
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata əsasən, iyulun 27-si gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27,cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq. Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyə olunur.
Mənbə
oxu.az