Cəmiyyət

Bir il davam edən məşəqqət: Qobu sakinlərinə su niyə verilmir? - VİDEO

25 Jul 2026, 18:24 2 baxış
Bir il davam edən məşəqqət: Qobu sakinlərinə su niyə verilmir? - VİDEO
Abşeron rayonunun Qobu qəsəbəsinin Süleyman Sani Axundov küçəsində yaşayan sakinlər aylardır içməli su problemi ilə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, məsul şəxslər suyun verilməməsini nasosların işləməməsi ilə əlaqələndirirlər.

Yay aylarında vəziyyət daha da çətinləşdirib. Sakinlər Baku TV-yə açıqlamalarında gündəlik məişət ehtiyaclarını qarşılamaq üçün suyu xüsusi maşınlardan almağa məcbur olduqlarını deyirlər. Bu isə xüsusilə aztəminatlı ailələr üçün əlavə xərc yaradır. "Bir ildən çoxdur ki, suyumuz gəlmir. Burada yaşayanların arasında şəhid ailələri, qazilər və aztəminatlı ailələr var. Suyu maşınla alırıq. Bir tonluq çəndə olan su üç gündən sonra bitir. Vəziyyət çox çətindir", - deyə sakinlərdən biri bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər