Cəmiyyət
Gürcüstanda enerji böhranı: Bakı-Tbilisi qatarı da yolda qaldı
Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmiryolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb. Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb. ADY-dən o da bildirilib ki, qatarların qrafikində dəyişiklik edilməyəcək.
Mənbə
oxu.az