Cəmiyyət

Gürcüstanda böhran: Bakı-Tiflis qatarı da yolda qaldı

25 Jul 2026, 16:17 1 baxış
Gürcüstanda böhran: Bakı-Tiflis qatarı da yolda qaldı

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tiflis dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tiflis qatarının hərəkətində gecikmə qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.


Problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.


Qatar Tiflisə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər