Cəmiyyət

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

25 Jul 2026, 15:26 3 baxış
Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR
Bakı-Qazax magistralının Hacıqabul rayonu, Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 12 radələrində qeydə alınıb. Belə ki, Gəncə sakini Dəmir Əli oğlu İsmayilov idarə etdiyi "Mercedes" markalı, 77-EV0-029 dövlət nömrə nişanlı avtomobilində idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və dəmir səddi qıraraq yeraltı keçidə aşıb. Nəticədə sürücü ilə yanaşı sərnişini - Gəncə sakini Yeganə Şəmil qızı Bayramova xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər