Digər
“Aramko”nun neft emalı zavodu vuruldu - Video
Yəmən ordusu Səudiyyə Ərəbistanının həyata keçirdiyi hücuma cavab olaraq Cizan bölgəsində yerləşən strateji obyektlərə zərbələr endirdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Yəmən mətbuatı məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində bir sıra obyektlərdə yanğın baş verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə “Aramko”nun neft emalı zavodu olduğu iddia edilən ərazi üzərində sıx tüstü buludlarının yüksəldiyi əks olunub.
Məlumat hələlik Səudiyyə Ərəbistanının rəsmi qurumları tərəfindən təsdiqlənməyib.
Mənbə
axar.az