İranın Hörmüzə etdiyini Rusiya Qara dənizə edir - Sibiqa
Rusiyanın Qara dənizdə mülki yük gəmilərinə qarşı artan terroru qlobal ərzaq təhlükəsizliyi üçün ciddi risk daşıyır.
Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün X səhifəsində yazıb.
“Əgər Moskva zərbələrini dayandırmasa, ərzaq qiymətlərinə dəyən zərbə, xüsusən də Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasında ən həssas təbəqələrə təsir edəcək.
Putinə müraciət etmək və Qara dənizdə naviqasiya azadlığına edilən hücumlara dərhal son qoyulmasını tələb etmək üçün qlobal həmrəyliyə və bu bölgələrdəki ölkələrin güclü səslərinə ehtiyacımız var.
Rusiya İranın Hörmüz boğazına və enerji təhlükəsizliyinə etdiyini Qara dənizə və ərzaq təhlükəsizliyinə edir. Səssiz qalmayın! Rusiya terrorunu, qidanın silahlandırılmasını və aclığın müharibə aləti kimi istifadəsini dayandırmaq üçün indi hərəkətə keçin”, - o qeyd edib.