Digər

Almaniya bu sahədə Avropada liderdir - Nazir

24 Jul 2026, 09:22 3 baxış
Almaniya bu sahədə Avropada liderdir - Nazir

Almaniya pilotsuz uçuş aparatları (PUA) texnologiyasında Avropa lideridir.


Axar.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.


"Almaniya ictimaiyyəti qismən də olsa, hələ də PUA texnologiyasında geridə olduğumuza inanır, amma bu artıq keçmişdə qaldı. İstənilən mütəxəssis deyə bilər ki, biz Avropada çoxdan irəlidəyik", - deyə nazir qeyd edib.


Eyni zamanda, o, bu texnoloji üstünlüyün inkişaf etdirilməli olduğunu vurğulayıb.


Almaniya müdafiə nazirinin sözlərinə görə, ölkəsi Ukrayna ilə sıx təmasdadır.


Pistorius bildirib ki, Ukraynadakı münaqişə tanklar, gəmilər və təyyarələr kimi "köhnə sistemlərin" hələ də zəruri olduğunu göstərir:


"Bizə həmişə piyadalar lazım olacaq, lakin yerüstü sistemlər də daxil olmaqla, daha çox dron və daha çox pilotsuz sistem gərəkdir".

Mənbə axar.az

Oxşar Xəbərlər