Digər

İran ABŞ-ın bu ölkələrdəki bazalarını vurdu

24 Jul 2026, 09:29 2 baxış
İran ABŞ-ın bu ölkələrdəki bazalarını vurdu

İran PUA-larla ABŞ-ın İordaniya və Bəhreyndəki hərbi bazalarına zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.


"PUA-lar vasitəsilə Bəhreyndəki "Şeyx İsa" bazasında ABŞ ordusunun qüvvələrinə aid yanacaq çənləri, anbarlar və böyük avadanlıq anqarları ilə yanaşı, yerləşmə məntəqələrinə zərbələr endirilib. Bundan başqa, Amerika ordusunun İordaniyadakı "Əl-Əzraq" bazası da PUA hücumuna məruz qalıb. Sözügedən bazadakı aerodrom, təyyarələrin təmiri, texniki xidmət anqarı və yerləşmə məntəqələri vurulub.


İranın qanuni maraqlarına qarşı yönəlmiş istənilən addım regionun digər ölkələrinin də təhlükəsizlik və iqtisadi üstünlüklərdən məhrum olması ilə nəticələnəcək”, - bəyanatda bildirilib.


Qeyd edək ki, gecə saatlarında ABŞ ordusu İrana növbəti dəfə zərbələr endirib.

Mənbə axar.az

Oxşar Xəbərlər