Digər

Meksikada jurnalist restoranda öldürüldü

23 Jul 2026, 11:32 3 baxış
Meksikada jurnalist restoranda öldürüldü

Meksikanın Oaxaka ştatında 60 yaşlı jurnalist Fransisko Alexandro Leyva restoranda səhər yeməyi yediyi zaman silahlı hücuma məruz qalaraq öldürülüb.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


Məlumata görə, Leyva 2026-cı ildə ölkədə qətlə yetirilən yeddinci jurnalistdir. O, Oaxakada fəaliyyət göstərən cinayətkar qruplarla əlaqəli hökumət korrupsiyası və zorakılığını ifşa edən xəbərlər yazırdı.


Leyvanın son Feysbuk paylaşımında yerli hakimiyyət orqanlarının da qatıldığı “Guelaguetza” festivalının təşkili ilə bağlı tənqidlər olub.

Mənbə axar.az

Oxşar Xəbərlər