Digər

Türkiyə vetosunu geri götürdü – Hərbi layihə

23 Jul 2026, 11:47 3 baxış
Türkiyə vetosunu geri götürdü – Hərbi layihə

NATO-nun Soyuq müharibə dövründən qalma hərbi yanacaq təchizatı sisteminin modernləşdirilməsi layihəsinin icrası 30 ilə qədər çəkə bilər.


Axar.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadla məlumat yayıb.


“Bəzi NATO ölkələri bahalı layihənin mümkünlüyünə şübhə ilə yanaşıb. Türkiyə ölkə daxilindəki digər layihələrin maliyyələşdirilməyəcəyindən ehtiyat edərək, vəsait ayırmaq qərarını ən sona qədər əngəlləyən yeganə ölkə olaraq qalıb. Ankara alyansın Baş katibi Mark Rutte və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin ali komandanı, amerikalı general Aleksus Qrinkeviç ilə uzun sürən danışıqlardan sonra vetosunu geri götürüb”, - mənbə bildirib.


Qeyd edək ki, NATO-ya üzv olan 32 ölkənin nümayəndəsi sözügedən layihənin həyata keçirilməsi üçün 2031-ci ilə qədər olan dövrə 27 milyard avronun ayrılmasını təsdiqləyiblər. Layihə həm 10 min kilometrlik mövcud infrastrukturun modernləşdirilməsini, həm də NATO ərazisinin şərq və cənub-şərq hissəsində digər obyektlərin inşasını nəzərdə tutur. Bu plan Soyuq müharibədən bəri alyansın ən böyük və ən bahalı infrastruktur layihələrindən biri kimi təqdim olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər