Digər
"LIQUI MOLY" "Radius"a "Strateji pərakəndə satış və servis şəbəkəsi" statusu təqdim edib
Almaniyada uzun illərdir motor yağları kateqoriyasında №1 mövqeyini qoruyan və "Made in Germany" keyfiyyəti ilə tanınan "LIQUI MOLY" "Radius"a "Strateji pərakəndə satış və servis şəbəkəsi" statusu təqdim edib. Oxu.Az xəbər verir ki, bu münasibətlə Radius beynəlxalq infosessiyaya ev sahibliyi edib. Tədbirdə "LIQUI MOLY" nümayəndələri, şirkətin Azərbaycandakı rəsmi distribütoru "Azinterservice Co." və media nümayəndələri iştirak ediblər.
Yeni status "Radius" ilə "LIQUI MOLY" arasında əməkdaşlığı yeni mərhələyə yüksəldir. Bu əməkdaşlıq çərçivəsində "Radius" "LIQUI MOLY"nin Almaniyadakı baş ofisinin texniki dəstəyi, peşəkar təlim proqramları, beynəlxalq ekspertlərin təcrübəsi və müasir servis standartlarından faydalanacaq. "Biz dünyanın müxtəlif ölkələrində çoxlu tərəfdaşlarla çalışırıq. "LIQUI MOLY" üçün tərəfdaş seçərkən biz təkcə satış göstəricilərinə baxmırıq. Bizim üçün etibar, uzunmüddətli əməkdaşlıq və müştəriyönümlü yanaşma daha önəmlidir. "Radius"da bu prinsiplərin hər biri var. Burada bizi yüksək səviyyəli infrastruktur, güclü peşəkar komanda, qonaqpərvərlik və əməkdaşlığa olan səmimi yanaşma heyran etdi. Məhz buna görə "Radius"u Azərbaycanda strateji pərakəndə satış və servis şəbəkəsi kimi seçmişik", - deyə "LIQUI MOLY" nümayəndəsi Andreas Maidel vurğulayıb. İnfosessiyada beynəlxalq servis standartları, texnoloji yeniliklər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tədbirin sonunda "LIQUI MOLY"nin İxrac üzrə direktor müavini tərəfindən imzalanmış "Strateji pərakəndə satış və servis şəbəkəsi" statusunu təsdiq edən sertifikat "Radius"a təqdim olunub. Tədbir media nümayəndələrinin suallarının cavablandırılması ilə başa çatıb.
{{gallery}}

Mənbə
oxu.az