Digər
İran Küveyt və Qətərdə ABŞ bazalarını vurdu
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki Əli əl-Salim aviabazasında böyük bir hərbi texnika anbarına, “Patriot” HHM sisteminə və MQ9 PUA-larının anqarına hücum edərək onları məhv etdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Həmçinin Əl-Adiri bazasındakı kazarmanın, 2 helikopter anqarının və telekommunikasiya qülləsinin vurulduğu da bildirilib.
SEPAH o cümlədən ABŞ ordusunun Dohadakı bazasında da sursat və logistika anbarlarını vurduğunu açıqlayıb.
Mənbə
axar.az