Dünya
Rusiyada Messinin formasını geyinən qadına barda amansız hücum - FOTO - VİDEO
Rusiyanın Ryazan şəhərindəki barlardan birində kişi gənc qadının üzünə zərbə endirərək onun burnunu sındırıb. Oxu.Az REN TV-yə istinadən xəbər verir ki, hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məlumata görə, iki müştəri arasında mübahisə yaranıb. Qadın qarşı tərəfin təhqiramiz ifadələrinə cavab olaraq ona şillə vurub. Bundan sonra kişi onun üzünə güclü yumruq endirib. Nəticədə qadının burnundan qan axmağa başlayıb. Zərərçəkən qadının sosial şəbəkədə paylaşdığı məlumata görə, münaqişə futbol üzrə dünya çempionatının final oyunundan sonra baş verib. Onun sözlərinə görə, Messi forması ilə barın piştaxtası arxasında oturarkən yaxınlıqda olan kişi həm Lionel Messini, həm də onu təhqir etməyə başlayıb. Kobud ifadələrə dözməyən qadın həmin şəxsə yüngül bir şillə vurduğunu bildirib. "Bir anda bütün gücü ilə üzümə zərbə endirdi. Burnumdan fəvvarə kimi qan axmağa başladı. Polisə ərizə vermişəm", - deyə zərərçəkən qeyd edib. Qadın həmçinin travmatoloq tərəfindən verilmiş, "burun sümüklərinin sınığı" diaqnozunu təsdiqləyən tibbi arayışı da sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
{{gallery}}

Mənbə
oxu.az