Cəmiyyət
Xudatdakı körpü çökə bilər? - AAYDA-dan AÇIQLAMA
Sosial şəbəkələrdə Xudat şəhərində yerləşən körpünün vəziyyəti ilə bağlı narahatlıq doğuran görüntülər yayılıb. Oxu.Az xəbər verir ki, videonu çəkən şəxs körpüdə konstruksiya ilə bağlı problem olduğunu iddia edib. Vətəndaş qeyd edib ki, körpü bir neçə dəmir parçasından asılı vəziyyətdədir, həmin dəmirlər isə sıradan çıxıb. O əlavə edib ki, körpünün çökmə ehtimalı var. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, görüntülərdə əks olunan hissə körpünün temperatur tikişidir və bu, daşıyıcı konstruksiya elementi deyil.
Qurumun məlumatına görə, temperatur tikişi dəmir-beton konstruksiyaların isti havalarda genişlənməsi, soyuq havalarda isə yığılması, həmçinin nəqliyyatın hərəkəti zamanı yaranan təbii yerdəyişmələri kompensasiya etmək funksiyasını yerinə yetirir: "İntensiv istismar nəticəsində temperatur tikişinin bəzi elementlərində aşınma və ya qismən zədələnmələrin yaranması normal istismar halıdır və bu, körpünün daşıyıcı hissələrinin təhlükədə olması demək deyil. Belə hallar lokal təmir işləri ilə qısa müddətdə aradan qaldırılır. Körpünün çökməsi və ya qəzalı vəziyyətdə olması ilə bağlı səsləndirilən iddiaların texniki əsası yoxdur. Əksinə, temperatur tikişi körpünün uzunömürlülüyünü və təhlükəsiz istismarını təmin edən mühüm konstruktiv elementdir".

Mənbə
oxu.az