Cəmiyyət

Daha bir rayonda heyvan bazarı fəaliyyətə başlayacaq

17 Jul 2026, 10:36 12 baxış
Daha bir rayonda heyvan bazarı fəaliyyətə başlayacaq
Yaxın günlərdə Xaçmaz heyvan bazarı fəaliyyətə başlayacaq. Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib. O bildirib ki, altı ay ərzində 11 heyvan bazarı yenidənqurmadan sonra istifadəyə verilib: "Hazırda ölkə üzrə 14 heyvan bazarının fəaliyyəti bərpa edilib. Bu yaxınlarda Xaçmaz heyvan bazarı fəaliyyətə başlayacaq. Bununla da fəaliyyət göstərən heyvan bazarlarının sayı 15-ə çatdırılacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər