Cəmiyyət
Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? - VİDEO
Yol hərəkəti qaydalarına əsasən, hərəkətdə olan nəqliyyat vasitəsini qabaqlamaq (ötmək) üçün, bir qayda olaraq, yalnız sol tərəfdən manevr edilməlidir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu hərəkətdə olan avtomobili sağdan ötmə ilə bağlıdır. Hansı hallarda sağdan ötmə mümkündür?
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ötmənin yalnız sol tərəfdən həyata keçirilməsi əsas tələbdir. Həmin qanunvericilik aktına görə, relssiz nəqliyyat vasitəsini keçmək üçün yalnız sol tərəfdən istifadə edilməlidir. Lakin qanunda bu qaydanın konkret bir istisnası da nəzərdə tutulub. Belə ki, əgər qabaqda hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü sola dönmə siqnalı verib manevrə başlayıbsa, həmin nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır.

Mənbə
oxu.az