Cəmiyyət
Bakının dörd rayonunda işıq olmayacaq
Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisindəki transformator məntəqəsində təmir-təftiş işləri aparılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar saat 09:00-dan 13:00-dək Heydər Əliyev prospekti və Oruc Əliyev küçəsində yerləşən 7 mərtəbəli yaşayış binalarında elektrik enerjisinin verilişində fasilələr olacaq. Eyni zamanda, digər rayonlarda da planlı təmir işləri həyata keçiriləcək: - Yasamal RETSİ: Saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, Abbas Mirzə Şərifzadə, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Tağı Şahbazi küçələrində və İnşaatçılar prospektinin bir hissəsində fasilə yaranacaq. - Nizami RETSİ: Saat 10:00-dan 13:00-dək Keşlə qəsəbəsi, Birinci köndələn küçəsi elektrik enerjisiz qalacaq. - Abşeron RETSİ: Saat 10:00-dan 17:00-dək "Nübar" yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar Aşağı Güzdək və Atyalı qəsəbələrinin bəzi hissələrinə enerji verilişi məhdudlaşdırılacaq. - Səbail RETSİ: Saat 11:00-dan 12:00-dək Bünyad Sərdərov küçəsində elektrik enerjisinin verilişi dayandırılacaq. "Azərişıq"dan bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Mənbə
oxu.az