Cəmiyyət

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

16 Jul 2026, 23:00 2 baxış
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Sabah paytaxtın bir sıra ərazilərində təbii qazın verilişində fasilə yaranacaq. Oxu.Az xəbər verir ki bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 17 iyul 2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək bir sıra ərazilərdə qaz təchizatı dayandırılacaq. Məhdudiyyətlər Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarını, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsini, Xutor qəsəbəsini və Vorovski yaşayış massivini, həmçinin Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan Qadını küçələrini əhatə edəcək.
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Mənbə oxu.az

Oxşar Xəbərlər