Cəmiyyət
Nadir xəstəliklərin müalicəsində istifadə olunan dərmanların siyahısı yeniləndi
Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik olunub. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, siyahıya dörd dərman əlavə olunub. Bununla da dərmanların sayı 145-ə çatıb. Sözügedən dərman vasitələri "Sistaqon", "Sistadrops" , "Yondelis" , "Skayklaris"dir.
Mənbə
oxu.az