Cəmiyyət

DİQQƏT - ADY bəzi sərnişinlərin biletlərinin pulunu QAYTARACAQ

16 Jul 2026, 15:14 5 baxış
DİQQƏT - ADY bəzi sərnişinlərin biletlərinin pulunu QAYTARACAQ
Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Təhlükəsizlik məqsədilə 1 avqust tarixinə qədər Bakı-Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq. Yolun təm bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 1 avqustdan Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq. Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. Mövzu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti iyulun 20-dək məhdudlaşdırılmışdı.
Mənbə oxu.az