Cəmiyyət
Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: AYNA iddialara cavab verdi - VİDEO
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsindəki dairəvi yolda yeni xətlənmə işləri görüldükdən sonra şəhərə gedişin bir zolaq olduğu iddia edilib. Bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat veriblər. Sakinlərin sözlərinə görə, Qaraçuxur və Yeni Günəşli qəsəbələrindən gələn nəqliyyat vasitələri şəhərə, metronun "Xalqlar Dostluğu" stansiyası tərəfə getmək üçün həmin bir zolağa girib hərəkət etmək məcburiyyətindədirlər: "Bu da həmin yerdə avtomobillərin yığılmasına, sıxlığın və sonda tıxacın əmələ gəlməsinə səbəb olur. Ümumiyyətlə, zolaqlar tam və sona qədər çəkilməyiblər. Dairəvi yolda tənzimlənmə üçün işıqfor və ya başqa vasitələr olmalıdır. Metronun "Xalqlar Dostluğu" stansiyasından Günəşli qəsəbəsinə gedən yolun dar bir hissəsində "QAZel" markalı bir maşında qarpız satışı aparılır. Bu da elə sıx olan yolun daha da daralmasına gətirib çıxarır".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, İlqar Musayev küçəsində dəyişikliklər edilməyib: "Küçənin hər iki çıxışında, yolun hərəkət hissəsinin eni imkan verən sahələrdə nəqliyyat axınına uyğun olaraq 3 hərəkət zolağı təşkil edilib. Yolun digər hissələri isə ümumilikdə 2 zolaqlı saxlanılıb (bir gediş, bir gəliş), mövcud en göstəriciləri əlavə zolağın yaradılmasına imkan vermir".

Mənbə
oxu.az