Digər

Bu, İranın xoş jestidir, yüksək qiymətləndiririk

16 Jul 2026, 12:25 17 baxış
Bu, İranın xoş jestidir, yüksək qiymətləndiririk

İran 2024-cü ilin dekabr ayında yuxulu Co Baydenin prezidentliyi dövründə haqsız yerə saxlanılan Amerika vətəndaşının ölkəni tərk etməsinə icazə verib.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.


“O, hazırda İrandan kənarda təhlükəsiz şəkildə və yaxşı vəziyyətdədir.


ABŞ İranın bu xoşməramlı jestini yüksək qiymətləndirir!” - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər