Cəmiyyət

Pirşağıda infrastruktur problemi: Nə işıqlandırma var, nə də normal yol - VİDEO

15 Jul 2026, 17:36 1 baxış
Pirşağıda infrastruktur problemi: Nə işıqlandırma var, nə də normal yol - VİDEO
Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yolun uzun illərdir yararsız vəziyyətdə olması sakinlərin gündəlik həyatında ciddi problemlər yaradır. Vətəndaşlar bildirilər ki, asfalt örtüyü olmayan küçədə yağışlı havalarda gölməçələr yaranır, quru havalarda isə ərazi toz içində qalır.

Sakinlərin Baku TV-yə bildirdiyinə görə, güclü yağış zamanı həyətləri, evləri və zirzəmiləri su basır. Küçədən keçmək isə mümkünsüz olur. "2020-ci ildən burada yaşayıram. Mən gələndə küçələr bundan da pis vəziyyətdə idi. Qonşular ötən il öz hesablarına yolu müəyyən qədər düzəldiblər. Bir ay əvvəl mən də 200 manat verib həyətə daş tökdürmüşəm. Amma yenə keçmək mümkün deyil. Bilmirik ki, dərdimizi kimə deyək", - sakinlərdən biri bildirib. Yolun bərbad vəziyyətdə olması nəqliyyatın hərəkətinə də mane olur. Vətəndaşların bildirdiyinə görə, bəzi taksi sürücüləri, hətta təcili tibbi yardım briqadaları belə ünvana gəlməkdə çətinlik çəkirlər. Sakinlər küçədə işıqlandırma sisteminin də olmadığını deyiblər. Avtobus dayanacağının yaşayış ərazisindən xeyli uzaqda yerləşməsi isə onların gündəlik gediş-gəlişini daha da çətinləşdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər