Cəmiyyət

Mükəmməl kürələr: Paşatəpə qədim yaşayış məskənində yeni artefaktlar aşkarlanıb - VİDEO

15 Jul 2026, 16:00 2 baxış
Mükəmməl kürələr: Paşatəpə qədim yaşayış məskənində yeni artefaktlar aşkarlanıb - VİDEO
Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində arxeoloji qazıntılar beş ilə yaxındır ki, davam etdirilir. Tədqiqatlar zamanı ərazidə təxminən beş metr dərinliyədək enilib və müxtəlif mədəni təbəqələr öyrənilib. Qazıntılar nəticəsində çoxsaylı maddi mədəniyyət nümunələri aşkar olunub.

Tarix elmləri doktoru Vəfa Mahmudovanın sözlərinə görə, builki qazıntıların əsas nəticələrindən biri dulusçuluqla məşğul olan insanlara məxsus divarın aşkarlanmasıdır. "Əvvəlcə burada təxminən 35-40 santimetr qalınlığında lil təbəqəsi üzə çıxdı. Qazıntını davam etdirdikdə isə həmin təbəqənin altından müxtəlif ölçülü sapand daşları, daş alətlərin baş hissələri və kiçik əşyalar aşkar olundu", - deyə o, Baku TV-yə bildirib. V.Mahmudova qeyd edib ki, tapıntılar arasında çəkisi təxminən iki kiloqram olan, yaxşı cilalanmış daş kürə də var. "Bu il aşkar edilən artefaktların əksəriyyətini obsidian, çaxmaqdaşı və digər daşlardan hazırlanmış alətlər təşkil edir. Səthi tamamilə düz olan mükəmməl dulusçuluq kürəsi də aşkarlanıb", - deyə tarixçi əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər