Digər

Tramp böyük hücuma hazırlaşır - Detallar

15 Jul 2026, 14:20 2 baxış
Tramp böyük hücuma hazırlaşır - Detallar

ABŞ Prezidenti Donald Tramp administrasiyasının əsas üzvləri ilə İrana qarşı hərbi əməliyyatların artırılması ehtimalını müzakirə edib.


Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, Tramp bu məsələ ilə bağlı 14 iyulda Ağ Evdə görüş keçirib.


Görüşdə Hörmüz boğazında ABŞ tərəfindən həyata keçirilən hücumlardan daha böyük miqyaslı əməliyyatın keçirilməsi müzakirə olunub.


Məqalədə vurğulanır ki, Tramp İrana kifayət qədər ziyan vurmaq, onu Hörmüz boğazını açmağa və nüvə tələblərində güzəştə getməyə məcbur etmək üçün müharibəni alovlandırmağa hazırlaşır.


Məlumata görə, görüşdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, Pentaqon katibi Pit Heqset, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və başqaları iştirak ediblər.


Bundan əlavə, görüşdə İrandakı strateji obyektlərə hücum etmək ehtimalı ilə bağlı fikir mübadiləsi aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər