Digər
ABŞ İrana hücumun görüntülərini yaydı - Video
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana endirilən zərbələrin videosunu yayımlayıb.
Axar.az xəbər verir ki, bu barədə qurum X hesabında məlumat paylaşıb.
"Yeddi saatlıq hücum dalğası zamanı ABŞ qırıcı təyyarələri, dronları və gəmiləri İranın raket, PUA obyektlərinə və sahil müdafiə sistemlərinə zərbələr endirmək üçün dəqiq idarə olunan sursatlardan istifadə edib", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, görüntülərdə CENTCOM-un İrana məxsus hərbi texnikaya endirdiyi zərbələr əks olunub.
Mənbə
axar.az