Digər
ABŞ-ın İrana zərbələri: 30-dan çox mülki şəxs öldü
Son günlərdə ölkənin cənubunda baş verən hücumlarda 30-dan çox mülki şəxs həlak olub.
Axar.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani ABŞ-ın İrana endirdiyi zərbələr barədə danışarkən bildirib.
“Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və onların xatirəsini ehtiramla yad edirik”, - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ İrana zərbələri 8 iyuldan etibarən bərpa edib.
Mənbə
axar.az