Digər

Britaniya İran diplomatını XİN-ə çağırdı

15 Jul 2026, 09:55 2 baxış
Britaniya İran diplomatını XİN-ə çağırdı

Böyük Britaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkili Əli Nəsimfəri çağırıb.


Axar.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.


“Xarici işlər nazirinin tapşırığı ilə bu gün İran İslam Respublikasının Böyük Britaniyadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb. Cənab Nəsimfər SEPAH-ın “əl-Qüds” qüvvələrinin mart-may ayları ərzində Avropada baş vermiş bir sıra hücumun əlaqələndirilməsindəki roluna görə nazirliyə çağırılıb”, - məlumatda deyilib.


Qeyd olunub ki, SEPAH-ın fəaliyyəti Böyük Britaniya və onun müttəfiqlərinin təhlükəsizliyini sarsıtmağa yönəlib.


Xatırladaq ki, iyulun 13-də Birləşmiş Krallıq SEPAH-ı qadağan olunmuş təşkilat elan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər