Digər

Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir - Mema

15 Jul 2026, 08:00 3 baxış
Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir - Mema

Finlandiyalı siyasətçi, “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Fransa və İsveçin yaxın bir neçə il ərzində Ukraynaya 200-dən çox qırıcı təyyarə göndərmək planlarını tənqid edib.


Axar.az xəbər verir ki, o, bu barədə X-də yazıb.


Siyasətçi təyyarələrin Kiyevə göndərilməsinin "Rusiyaya müharibə elan edilməsinə bərabər olduğunu" bildirib.


Mema qeyd edib ki, Avropa gərginliyi azaltmaq əvəzinə, görünməmiş səviyyəyə qaldırır:


“Ukrayna nə qədər çox silah alırsa, onu bir o qədər çox dağıntı gözləyir”.

Mənbə axar.az

Oxşar Xəbərlər